“Barselona” növbəti mövsüm üçün ikinci qapıçı variantı kimi “Real Sosiedad”ın qolkiperı Aleks Remironu dəyərləndirir.
Offsideplus.az xəbər verir ki, Kataloniya klubu ispan qapıçı ilə bağlı araşdırmalar aparır.
Onlar Remironu ötən mövsüm də izləyib. Lakin həmin vaxt futbolçunun müqaviləsində yer alan 50 milyon avroluq sərbəstqalma məbləği bu transferin reallaşmasına imkan verməyib.
Aleks Remironun “Real Sosiedad”la müqaviləsi 2027-ci ilin sonunda başa çatır. Bu isə vəziyyəti dəyişir. Hazırda qapıçı təxminən 10 milyon avro qarşılığında transfer oluna bilər.
“Barselona” rəhbərliyi əsas qapıçının arxasında etibarlı və təcrübəli alternativ yaratmaq üçün Remiro variantını ciddi şəkildə nəzərdən keçirir.


