Almaniyalı mütəxəssis Yürgen Klopp “Real Madrid” rəhbərliyinə maraqlı tövsiyə ilə çıxış edib.
Offsideplus.az xəbər verir ki, Onu Madrid klubu ilə bağlayan iddialara münasibət bildirən Klopp öz adının hallanmasına ehtiyac olmadığını vurğulayıb və diqqətləri Pep Quardiolaya yönəldib.
Klopp bildirib ki, “Real Madrid”də məşqçi dəyişikliyi planlı şəkildə aparılmalıdır:
“‘Real Madrid’in rəhbərliyinə tövsiyə edərdim ki, məşqçini işdən çıxararkən artıq onun yerinə kimin gələcəyini dəqiq bilsinlər”.
Təcrübəli çalışdırıcı real yanaşmanın vacibliyini də qeyd edib:
“Əgər düşünürlərsə ki, Pep Quardiolanı transfer edə bilərlər, deməliyəm ki, bu ehtimal elə də yüksək deyil”.
Klopp eyni zamanda öz mövqeyini də aydın şəkildə ifadə edib:
“Bugünkü vəziyyətim ‘Real Madrid’lə heç bir əlaqəsi yoxdur. Burada xoşbəxtəm və burada davam etmək istəyirəm”.


