Frank Lempard “Kristal Pelas”da Oliver Qlasneri əvəzləyə biləcək əsas namizədlərdən biri kimi ön plana çıxıb.
Offsideplus.az xəbər verir ki, hazırda “Koventri Siti”nin baş məşqçisi olan Lempard klub rəhbərliyi tərəfindən bu vəzifə üçün yüksək qiymətləndirilir.
London təmsilçisi mümkün məşqçi dəyişikliyi fonunda bir neçə variantı nəzərdən keçirir və Frank Lempardın təcrübəsi, Premyer Liqa biliyi onun namizədliyini gücləndirən əsas amillər sırasında göstərilir.


