UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turu oynanılır.

Offsideplus.az xəbər verir ki, gecənin növbəti oyunları başa çatıb. 

Madridin "Real" klubu evdə "Monako"nu qəbul edib. İlk hissədən sonra madridlilər 2:0 hesabla öndə idi və hər iki qolu Kilian Mbappe vurub.

İkinci hissədə isə Franko Mastantuono hesabı 3:0 edib. Ardınca Tilo Kehrer avtoqolla hesabı 4:0 edib.  Vinisius hesabı 5:0-a çatdırıb.
"Monako"dan isə Cordan Teze qollardan birinin əvəzini çıxıb.  "Real"dan Cud Bellinqem hesabı 6:1 edib.