17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığma Belçikanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubets” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.


