UEFA Çempionlar Liqasında tarixi rekord qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının tarixində İngiltərə klubuna qarşı ilk hissədə het-trik edən cəmi iki futbolçu var.

Bunlardan biri Lionel Messi olub. Argentinalı ulduz bunu “Arsenal”a qarşı bacarıb.

Bu siyahıya qoşulan ikinci futbolçu isə Federiko Valverde oldu. 

Uruqvaylı yarımmüdafiəçi “Mançester Siti” ilə oyunda ilk hissədə het-trik edərək tarixə düşüb.

Beləliklə, Federiko Valverde UEFA Çempionlar Liqası tarixində bu nailiyyətə imza atan futbolçular sırasında Lionel Messi ilə eyni siyahıya daxil olub.