"Karvan Yevlax"ın üç futbolçusu milli komandalara dəvət alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yevlax təmsilçisinin heyətində Samuel Duran Şri-Lanka, Coy Sleyd Mikels Ruanda, Pedro Mateus isə San Tome və Prinsipi yığmalarına çağırılıblar.


