Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər bəlli olub.

Offsideplus.az xəbər verir ki, 4 namizəddən biri PSJ-nin futbolçusu Xviça Kvaratsxeliyadır. 

“Real”dan Federiko Valverde, “Atletiko”dan Yulian Alvares və “Bavariya”dan Maykl Olise də namizədlər sırasındadır.

Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.