"Mançester Siti"nin yeni transferi Mark Qehinin qazanacağı məvacib məlum olub.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı müdafiəçi həftəlik 300 min funt-sterlinq qazanacaq.

O, yalnız Erlinq Haalanddan geri qalacaq və komandanın ən çox qazanan ikinci futbolçusu olacaq.

Qeyd edək ki, MS Qehinin transferini ötən gün rəsmiləşdirib. "Şəhərlilər" onun üçün "Kristal Palas"a 20 milyon funt-sterlinq ödəyəcək.