Offside TV-nin təqdimatında ONDA VƏ İNDİ rubrikasının bu bölümü 2017-ci ildə Çempionlar Liqasının pley-offunda “Kopenhagen”i mübarizədən uzaqlaşdıran və tarixdə ilk dəfə ÇL-də qrup mərhələsinə çıxan Azərbaycan klubu “Qarabağ”a həsr olunur.
Hazırda 37 yaşı olan bosniyalı qolkiper İbrahim Şehiç karyerasını Türkiyə I Liqa təmsilçisi "Çorum" futbol klubunda davam etdirir və bu mövsüm 15 oyunda meydanda olub. Yakub Rzezniçak isə 39 yaşı olmağına baxmayaraq hələ də futbol oynamağa davam edir. Polşalı futbolçu ölkəsinin həvəskar liqa komandalarından "Mazur Radzumin" də top qovur. Maksim Medvedev adı isə "Qarabağ"la az qala sinonim ola bilər. Hazırda 36 yaşı olan Maksim futbolçu karyerasını bitirdikdən sonra "Qarabağ”ın aşağı yaş komandalarından əvəzedici komandasında baş məşqçiliyə qədər yüksəlib.
Ansi Aqolli, Riçard Almeyda, Donald Gerye, Miçel, Dino Ndlovu, habelə ağdamlıların UEFA Çempionlar Liqasının qrup mərhələsində vurduğu ilk qolun müəllifi kimi tarixə adını yazdıran Pedro Enrike kimi ulduzların indi harada olduğunu isə aşağıdakı videodan izləyə bilərsiniz:


