“Marsel” Niderlandın “Feyenoord” klubunun yarımmüdafiəçisi Kventin Timberin transferi ilə bağlı razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, transfer paketinin dəyəri təxminən 4,5 milyon avro təşkil edir, əlavə bonuslar da müqaviləyə daxildir. Futbolçu şəxsi şərtlərlə bağlı “Marsel”lə razılaşıb və ona edilən üç digər təklifi geri çevirərək Fransa klubunu seçib.

Kventin Timber bu gün Marselə səfər edəcək və kluba Ethan Nvaneri ilə eyni gündə qoşulacaq.