Səudiyyə Ərəbistanı klubları Avropa futbol dünyasından oyunçu transferləri üçün həmlələrə davam edir.
Offsideplus.az xəbər verir ki, bu dəfə "Əl Hilal" klubu "Mançester Yunayted"in ulduzu Bruno Fernandes üçün rəsmi danışıqlar aparıb.
Bildirilən son məlumata əsasən, portuqaliyalı bu təklifi rədd edib və bu mövsümü də "qırmızı şeytanlar"ın heyətində keçirməyə qərar verib.
Qeyd edək ki, Bruno Fernandes bütün turnirlər daxil olmaqla "Mançester Yunayted"də 290 oyuna 98 qol, 86 məhsuldar ötürmə ilə yadda qalıb.



