Ötən mövsüm İngiltərə Premyer Liqasında fiaskoya uğrayan "Mançester Yunayted" rəhbərliyi təkcə futbolçu heyətini gücləndirməklə məşğul deyil.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" eyni zamanda komandanın qida rejiminə önəm verirlər.
Bu məqsədlə təcrübəli aşpaz Uill Karvalyo ilə müqavilə imzalanıb.
Karvalyo iki mövsüm çalışdığı "Brayton" klubundan transfer olunub.
O, idmançılar üçün necə xörək hazırlamaq lazım olduğunu çox yaxşı bilir.
"Brayton"dan öncə Karvalyo 12 il qadın futbolçulardan ibarət Braziliya yığmasına xidmət göstərib. Aşpaz vaxtilə hətta reqbi komandasında da çalışıb.