"Tottenhem" klubu 2 il bundan əvvəl komandanın sükanı arxasına keçən Ange Postekoqlu ilə yollarını ayırıb. 

Offsideplus.az xəbər verir ki, 59 yaşlı mütəxəssis London təmsilçisinə 17 il sonra kubok qazandırsa da, bu, onun vəzifəsini xilas edə bilməyib. Belə ki, Postekoqlunun "Tottenhem"i geridə qoyduğumuz mövsüm Premyer Liqanı 17-ci yerdə başa vurub. Bu, baş məşqçinin qovulmasında kritik rol oynayıb. Klub rəhbərliyi avstraliyalı baş məşqçinin 2025-26 sezonunun komandaya yardım edə bilməyəcəyi qərarına gələrək, onu vəzifəsindən azad edib.

Qeyd edək ki, Postekoqlunun komandadan göndərilməsi qərarı klubun prezidenti Daniel Levi tərəfindən verilib. Rəhbərlik çalışdırıcının Avropa Liqasının qazanandan sonra yollandığı tətildən qayıtmasını gözləmiş və bundan sonra yekun bəyanatı açıqlamışdı. 

Klubda baş məşqçi vəzifəsinə əsas namizəd Maurisio Poçettinodur.