"Liverpul" klubunun üzvü Mohamed Salah antirekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, misirli hücumçu dünən İngiltərə Premyer Liqasının XXXIII turu çərçivəsində "Lester"lə oyunda (1:0) 4 real qol vəziyyətindən yararlana bilməyib. 

Salah sözügedən matçda "Liverpul"un rəqib qapısına doğru endirdiyi 10 zərbədən 7-nin müəllifi olub. Ancaq o, fərqlənməyi bacarmayıb.

Cari mövsümdə 1 matçda 4 real qol vəziyyətinin boşa verilməsi halı 4-cü dəfədir baş verir. Bundan öncə Noni Madueke ("Çelsi") , Yoan Vissa ("Brendtford") və Salah özü bu qədər fürsəti sağa-sola xərcləyib.

Qeyd edək ki, "Liverpul"un lideri 27 qolla bombardirlər siyahısına başçılıq edir.