"Lester" klubu İngiltərə Premyer Liqasındakı yerini rəsmən itirib.

Offsideplus.az xəbər verir ki, bu gün doğma meydanda "Liverpul"a 0:1 hesabı ilə uduzan lesterlilər Çempionşipə yuvarlanıblar. 

Premyer Liqanın başa çatmasına 5 tur qalsa da, 19-ci pillədə qərarlaşan "Lester"in mövsümün axırınadək son 3 sıranı tərk edə bilməyəcəyi dəqiqləşib.

Komandanın baş məşqçisi ötənlərin məşhur futbolçusu Ruud van Nistelroydur.

Xatırladaq ki, 1884-cü ildə təsis edilən "Lester" tarixində ilk və son dəfə 9 il əvvəl sensasiyalı şəkildə İngiltərə Premyer Liqasının qalibi olmuşdu.

Onu da əlavə edək ki, daha öncə Premyer Liqanı "Sauthempton" tərk edib. 2024/25 mövsümündə Çempionşipə yuvarlanacaq üçüncü klub böyük ehtimalla, "İpsviç" olacaq.