İngiltərə Premyer Liqasında uğursuzluğa düçar olan və dərin maliyyə böhranı yaşayan "Mançester Yunayted"i 2024/25 mövsümünün sonunda tərk edəcək futbolçuların adları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, komandadan ən azı 10 oyunçunun kənarlaşdırılacağı gözlənilir.
Məlumatı Manchester Evening News nəşri yayıb.
Məşhur mətbu orqanı siyahını geniş ictimaiyyətə açıqlayıb:
1-4. Tom Hiton, Conni Evans, Viktor Lindelef, Kristian Eriksen - bu futbolçularla yayda başa çatacaq müqavilə yenilənməyəcək
5-7. Markus Reşford, Antoni və Ceydon Santos- icarə əsasında digər klublarda oynayan adıçəkilənlər transferə çıxarılacaqlar
8-9. Lyuk Şou və Kazemiro - yaxşı təklif gələcəyi təqdirdə, rəhbərlik bu oyunçuların digər kluba keçidinə məmnuniyyətlə razılıq verəcək
10. Altın Bayındır - əsas qapıçı Andre Onananı rəqabətdə üstələyə bilmədi, amma oyun təcrübəsi qazanmaq istəyir. Onun gedişinə əngəl törədilməyəcək
Bundan başqa, Tirell Malasia PSV-dən icarədən qayıtmaya bilər. Əgər Eyndhoven klubu onu transfer etmək istəsə, "Mançester Yunayted" buna qarşı çıxmayacaq.
"Qırmızı şeytanlar" Meyson Maunt, Kobbi Maynu, Alexandro Qarnaço, Rasmus Xeylund və Coşua Zirkzeenin gələcəyi ilə bağlı isə qəti qərara gələ bilməyiblər.