Türkiyənin "Qalatasaray" klubu cari mövsüm parlaq oyun nümayiş edirən Viktor Osimheni heyətdə saxlamağa çətinlik çəkir.

Offsideplus.az xəbər verir ki, nigeriyalı hücumçunun xidmətində maraqlı olan klubların siyahısına "Mançester Yunayted"in daxil olması isə vəziyyəti daha da çətinləşdirib.

İngiltərə təmsilçisi yay transfer mövsümündə Osimhenin keçidini prioritet məsələ sayır. Hətta bununla bağlı futbolçunun transfer hüquqlarına malik "Napoli" ilə danışıqlar aparıldığı bildirilir.

"Qırmızı şeytanlar" Osimheni br qədər aşağı maaş müqabilində Mançesterə gətirə biləcəklərinə ümid edirlər. Hazırda onun həftəlik əməkhaqqısı 300 min avro təşkil edir. Hücumçunun transfer dəyəri isə 75 milyon avro qiymətləndirilir.