"Mançester Yunayted"in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandes "qırmızı şeytanlar"ın azarkeşlərinə çağırış edib.

Offsideplus.az xəbər verir ki, kapitan baş məşqçinin qovulması ilə bağlı azarkeşlərə xitab edərək fikirlərini bölüşüb:

"Hər şey üçün təşəkkür edirəm. Güvəninizi və birlikdə paylaşdığımız anları yüksək qiymətləndirirəm. Sizə gələcək üçün ən yaxşı hadisələr arzu edirəm. Siz azarkeşlər məşqçinin klubumuz üçün etdiyi yaxşılıqları xatırlayacaqsız".

Qeyd edək ki, Erik Ten Haq 2022-ci ildən "qırmızı şeytanlar"ın uğurları üçün çalışırdı.