"Çelsi" və "Mançester Yunayted" arasında nəhəng transfer mübadiləsi baş tuta bilər.

Offsideplus.az xəbər verir ki, "zadəganlar" Ceydon Sançonu heyətində görmək istəyir. Bu futbolçunun qarşılığında "Çelsi" Ben Çilvel və Rahim Sterlinqi "qırmızı şeytanlar təklif edir. Hər iki futbolçu meydanda az şans qazandığından komandadan ayrılmaları gündəmdədir. 

"Çelsi" Sançonun transferi üçün ödəniş etmək istəmədiyindən adıçəkilən oyunçularının ikisini də transfer mübadiləsində verməyə hazırdır.