"Liverpul" "Napoli"nin hücumçusu Viktor Osimhenlə maraqlanır.

Offsideplus.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Mənbəyə görə, Mersisayd təmsilçisi 24 yaşlı hücumçunun agenti Roberto Kalenda ilə əlaqə saxlayıb, futbolçunun bu yay mümkün transferi ilə bağlı müzakirələrə başlayıb.

Nəşrə görə, "qırmızılar" bilir ki, Neapol klubu forvard üçün təxminən 180 milyon avro istəyir.

Viktorla "Çelsi" və "Mançester Yunayted" də maraqlandığı qeyd olunub.

"Napoli" uyğun təklif gözləyir və futbolçunun agenti ilə yeni uzunmüddətli müqavilə ilə bağlı danışıqlar aparır.

Osimhen ötən mövsüm son İtaliya çempionun heyətində bütün turnirlərdə 39 oyunda 31 qol vurub və 4 məhsuldar ötürmə verib.

Fəqan İbrahimli