"Mançester Yunayted" klubu "Börnli"dən icarəyə götürdüyü Vout Veqhorstu satın almayacaq.
Offsideplus.az "tuttomercatoweb"ə istinadən xəbər verir ki, hollandiyalı hücumçu "Beşiktaş"da cari sezonun əvvəlində yaxşı mövsüm keçirsə də, "qırmızı şeytanlar"da ümidləri doğrultmayıb. Bu səbəbdən "Mançester Yunayted" 30 yaşlı forvardı birbaşa transfer etməyəcək.
"Börnli" formasını geyinməsi gözlənilməyən futbolçu yenidən "Beşiktaş"a dönəcək.
Qeyd edək ki, Veqhorst "Beşiktaş"la Türkiyə Super Liqasında 16 oyuna çıxıb, 8 qol və 4 assistə imza atıb. Niderlandlı futbolçu Premyer Liqada "qırmızı şeytanlar"ın heyətinə çıxdığı 11 matçda 1 assistlə yadda qalıb.


