“Tottenhem” klubunun hücumçusu Harri Keyn İPL-in ən məhsuldar futbolçuları sıralamasında daha bir pillə irəliləyib.

Offsideplus.az xəbər verir ki, o, buna XXIX turda “Everton”la görüşdə fərqlənməklə nail olub. 

1:1 hesabı ilə başa çatan qarşılaşmada penaltidən rəqibi cəzalandıran Keyn London klubunun heyətində qol+assistdə 250-yə çatıb. O, 311 liqa matçında 205 qol vurub, 45 məhsuldar ötürmə verib. 

Harri Keyn bu göstəriciyə çatan 6-cı oyunçu olub. O, hazırda Endi Koul (260), Rayan Giqqz (271), Frenk Lempard (279), Ueyn Runi (311) və Alan Şirerdən (324) geri qalır.