"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən "Mançester Siti" ilə matçdan sonra Mohamed Salahın oyununu dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, baş məşqçi misirli futbolçunu "dünyasəviyyəli forvard" adlandırıb:
"O, çoxlu sayda qol epizodları yarada bilir və komandaya fayda verir. İnsanlar uzun müddət onun qollarını xatırlayacaqlar. Bəxtimiz gətirib ki, onun oyununu izləyə bilirik".
Qeyd edək ki, bu mövsüm İPL-də Salah 7 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə verib.