"Mançester Yunayted" fransız yarımmüdafiəçi Pol Poqbanın qarşısına şərt qoyub.

Offsideplus.az xəbər verir ki, son olaraq İngiltərə nəhəngi Poqbaya illik 24 milyon avro məvacib təklif edib. Lakin fransız 25 dekabra qədər kluba cavab verməlidir. Futbolçunun agenti Mino Rayola isə "Mançester Yunayted"dən daha yaxşı təklif gözləyir və parallel olaraq "PSJ" ilə danışıqlar aparır.

Məlumata əsasən, fransız klubu yarımmüdafiəçiyə 30 milyon avro maaş təklif edir.