"Real Madrid" klubunun prezidenti Florentino Peres gözlənilməz bəyanatla çıxış edərək klubda yeni seçkilərin keçirilməsini tələb edib.
Offsideplus.az xəbər verir ki, klubun gələcəyi və idarəçilik forması ilə bağlı danışan Peres, bu qərarının arxasında duran əsas səbəbi açıqlayıb:
"Mən "Real Madrid"də yeni seçkilərin keçirilməsinə çağırış edirəm. Niyə? Çünki mən 2000-ci ildən bəri klubun sahiblərinin məhz 'sosios'lar (klub üzvləri) olması üçün çalışmışam!"
Peres bu addımı ilə klubun mülkiyyət hüququnun azarkeşlərin (üzvlərin) əlində qalmasının vacibliyini bir daha vurğulayıb.
Xatırladaq ki, Florentino Peres 2000-ci ildən bəri (2006-2009-cu illər istisna olmaqla) "kral klubu"na rəhbərlik edir.


