Azərbaycan şahmatçıları 14-17 may tarixlərində Astanada keçiriləcək türkdilli ölkələrin açıq çempionatında mübarizə aparacaqlar.

Offsideplus.az xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan təmsilçiləri iştirak edəcək.

Ölkəmizi kişi, qadın və 16 yaşlılar (U-16) olmaqla üç komanda təmsil edəcək:

Kişi komandası: Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Murad İbrahimli (Kapitan: Qədir Hüseynov).

Qadın komandası: Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova (Kapitan: İlahə Qədimova).

U-16 komandası: Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə, Lalə Hüseynova (Kapitan: Fərid Abbasov).

7 turdan ibarət olacaq yarışın reqlamentinə əsasən, hər partiyaya 45 dəqiqə və hər gediş üçün 30 saniyə əlavə vaxt ayrılacaq.