Rusiya millisinin keçmiş futbolçusu Aleksandr Mostovoy Rusiya Premyer Liqasının son turu öncəsi "Krasnodar"ın liderliyi əldən verməsi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, "buğalar" 29-cu turda "Dinamo"ya uduzub (1:2) və "Zenit"i önə keçiriblər. Matçın sonunda hesab 1:1 olarkən Xuan Boselli qapıçı ilə təkbətək vəziyyətdən yararlana bilməyib.

Mostovoy çempionluq yarışının bitdiyini düşünür:

"Hər şey daha əvvəl dediyim kimi baş verir: intriqa sona qədər davam edəcək və yekunda 'Zenit' çempion olacaq. Mən bunu hələ payızda deyirdim, amma heç kim mənə qulaq asmırdı.

"Krasnodar"a gəlincə, özləri günahkardırlar. "Dinamo" ilə oyunda sadəcə rüsvay oldular, elə belə də yazın. Musayev niyə Boselliyə topu hara və necə vurmaq lazım olduğunu öyrətməyib? Axı o, bizdə "ən yaxşı məşqçi" hesab olunur. Bir də hansısa hakim sui-qəsdindən danışır – bu, sadəcə gülməlidir.

"Krasnodar" çempionluq şansını öz əli ilə qaçırdı".