"Real Madrid"in keçmiş futbolçusu Uesli Sneyder "Barselona"nın La Liqa çempionluğunu qeyd etməsi ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, niderlandlı bunları söyləyib:
"Bu, 10 ildən artıqdır ki, Çempionlar Liqasını qazana bilməyən, Avropada uğursuzluğa düçar olan və hər mövsüm rüsvayçılıq yaşayan bir klubdur. Sonra isə daxili çempionatdakı qələbəni sanki futbolu yenidən fəth etmiş kimi qeyd edirlər.
"Barselona" azarkeşlərinin 18 yaşlı bir uşağı ölkə çempionluğu titullarına görə Kriştiano Ronaldo ilə müqayisə etməsi çox şeydən xəbər verir – bu klubda standartlar bu dərəcədə aşağı düşüb.
Ronaldo demək olar ki, 20 il boyunca İngiltərə, İspaniya, İtaliya və Avropada dominantlıq edib. "Barselona" azarkeşləri tarixin ən böyük oyunçularından birini ələ salmağa çalışmazdan əvvəl, Çempionlar Liqasında mərhələ keçmək barədə daha çox narahat olsalar, yaxşı olar", – deyə Sneyder bildirib.


