La Liqanın 4-cü turunda "Real Madrid"in "Betis"ə 0:1 hesabı ilə uduzduğu oyunda hakim qərarları müzakirə mövzusuna çevrilib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın 89-cu dəqiqəsində baş hakim Alejandro Ernandes "Real Madrid"in hücumçusu Karlos Espinin vurduğu qolu ofsayd səbəbindən ləğv edib. 94-cü dəqiqədə isə Kilian Mbappe penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. VAR sistemi həmin epizodda "Betis"in müdafiəçisi Mark Bartranın və digər oyunçuların cərimə meydançasına vaxtından əvvəl daxil olub-olmadığını yoxlayıb. Sonda hakimlər qayda pozuntusu aşkar etməyib və penalti təkrar olunmayıb.

"Əgər bu epizodlar 'Barselona'nın oyununda baş versəydi, penalti təkrar vurdurulardı, Espi 'Barselona' üçün qol vursaydı, həmin qol ləğv edilməzdi", – deyə "Real Madrid" TV-də bildirilib.