"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Türkiyə çempionatında "İstanbul"a qarşı keçirilən oyunda yarımmüdafiəçi Aleksey Batrakovun çıxışını dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, Batrakov start heyətində meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Buruk bildirib ki, "Əgər onların əsas mövqelərindən danışsaq, Sara səkkiz nömrə, Batrakov isə on nömrə mövqeyində oynayır. Biz də onları məhz bu mövqelərdə istifadə etdik. Mənə ötən oyunun ikinci hissəsində Batrakov meydana daxil olduqdan sonra onun komanda yoldaşları ilə qarşılıqlı anlaşması, Saranı dəstəkləməsi və ötürmələrinin keyfiyyəti çox xoşuma gəldi. Məhz buna görə bu gün də onlara şans verdim – ötən həftəki çıxışlarına görə".