Bu gün Çinin Şanxay şəhərində 3x3 qadın basketbolu üzrə Dünya Seriyasının final mərhələsi start götürür.

Offsideplus.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Neftçi SOCAR" A qrupunda mübarizə aparacaq.

Komandamızın rəqibləri Fransa, Niderland və Almaniya yığmaları olacaq.

Təmsilçimizin oyun cədvəli:

  • 12:45 Fransa – "Neftçi"

  • 14:50 Niderland – "Neftçi"

  • 16:55 "Neftçi" – Almaniya

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.