La Liqada 4-cü tur oynanılır.

Offsideplus.az xəbər verir ki, "Real Betis" evdə "Real Madrid"i qəbul edib.

Oyunda ilk hissədə hesab açılmayıb. İkinci hissənin sonlarında isə meydan sahibləri hesabı açıb. Daha sonra "Real Madrid" hesabı bərabərləşdirsə də, oyundan kənar vəziyyət sayılaraq qol ləğv edildi.

Bunun ardından qonaqlar penalti qazansa da, Kilian Mbappe penaltini dəqiq yerinə yetirə bilmədi. Nəticədə "Real Betis" minimal qələbə ilə 3 xalı apardı.

"Real Betis" 1:0 "Real Madrid"