Niderland millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder Denzel Dumfrisin "İnter"dən "Real Madrid"ə transferi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Sneyder Dumfrisin qarşısında yeni çağırışların dayandığını bildirib: "Əgər səni "Real Madrid" çağırırsa, getmək lazımdır. Bu, tamamilə fərqli klubdur. İndi o, "İnter"də olduğundan daha yaxşı çıxış etməlidir, çünki "Real Madrid" daha nüfuzlu klubdur. Komandada böyük təzyiq var, amma Dumfrisin keyfiyyətləri buna imkan verir. "İnter" sayəsində o, yüksək səviyyəyə çatdı".