"Liverpul" İngiltərə Premyer Liqasının üçüncü turunda "İpsviç"lə oyunun ilk hissəsində qapı istiqamətində 6 zərbə endirib.

Offsideplus.az xəbər verir ki, bu zərbələrin ikisi qolla nəticələnib.

Bu, "Liverpul"un son illərdə matçın ilk 45 dəqiqəsində qapıya vurduğu zərbələrin sayına görə ən yüksək göstəricilərdən biridir.

Komanda sonuncu dəfə 2025-ci ilin aprelində səfərdə "Lester"ə qarşı keçirilən matçda (1:0) ilk hissədə 6 zərbə vurmuşdu.