Andoni İraola 'Liverpul'un İngiltərə Premyer Liqasının 3-cü turunda 'İpsviç' üzərində qazandığı 2:0 hesablı qələbə barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi bu nəticənin komanda üçün vacib olduğunu bildirib: "Belə bir qələbəyə ehtiyacımız var idi. Xüsusilə də oyunun gedişatını nəzərə alsaq, rəqibə qol imkanı vermədik, oyunu yaxşı nəzarətdə saxladıq. Oyuna çox güclü başladıq. İkinci hissədə isə əvvəlki qədər yaxşı çıxış etmədik, amma rəqibə real qol şansı yaratmağa imkan vermədik".
İraola dubl müəllifi olan İsak haqqında da danışıb: "O, bizim üçün çox vacib oyunçudur. Ondan yalnız qol gözləmirəm, çünki o, yaxşı formadadır, fiziki cəhətdən hazırdır və qollar vuracaq. Amma ondan əsas tələblərim başqa məsələlərlə bağlıdır – komandanı müxtəlif situasiyalarda necə dəstəkləyə biləcəyi önəmlidir. İki tam oyun keçirməsi və bu gün də meydanda kifayət qədər vaxt alıb qollar vurması sevindiricidir. Bu gün pressinqdə xeyli yaxşı idik. Topu yüksəkdə ələ keçirirdik və bunun sayəsində yaxşı mövqelər tapırdıq. Əgər topu daha aşağıda geri qaytarsaq, onu tapmaq çətinləşəcək, çünki boşluq azalır. Buna görə də, hücumçumuz üçün bu cür imkanlar yaratmaq üçün daha keyfiyyətli səylər göstərməliyik".


