Niderlandlı sabiq yarımmüdafiəçi Uesli Sneyder 2010-cu ildəki "İnter" heyətində indiki komandanın hansı üzvlərinin oynaya biləcəyinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, həmin dövrün komandasının səviyyəsinə indiki heyətdən yalnız Lautaro Martinesin yaxın ola biləcəyini qeyd edib.
"Elə oyunçu yoxdur. Bəlkə də, Lautaro", – deyə Sneyder vurğulayıb.
Qeyd edək ki, 2010-cu ildə "İnter"də Sneyderlə yanaşı Xavyer Zanetti, Marko Materatssi, Kristian Kivu, Deyan Stankoviç, Esteban Kambyasso, Samyuel Eto'O və Dieqo Milito da çıxış edib.


