PSJ-in baş məşqçisi Luis Enrike "Monako"ya 1:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra komandasının müdafiə oyununa münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Enrike müdafiədə narahatlıq üçün əsas görmədiyini deyib: "Düzünü desəm, narahat olmağa ehtiyac yoxdur. Bu, qeyri-adi bir vəziyyətdir. "Monako" neçə dəfə qapımıza zərbə endirdi? İki. Neçə qol vurdu? İki. Mövsümün sonunda vəziyyətin sabitləşib-sabitləşmədiyinə baxacağıq. Qeyd etməliyəm ki, "Monako" çox yaxşı müdafiə olundu. Onların oyununu bəyəndim. Hazırda turnir cədvəlinin zirvəsindədirlər. Onları və Filip Luisı təbrik edirəm. Nəticəyə köklənməməliyik. Bu oyunda əla pressinq etdik, hətta qol buraxmadığımız bir çox matçdan daha yaxşı oynadıq. Sadəcə, bu dəfə bəxtimiz gətirmədi. Müdafiədəki çıxışımız gördüklərimə əsasən yüksək səviyyədə idi. Nəticə bütün yaxşı işimizi kölgədə qoya bilməz. "Monako" yaxşı bilir ki, əgər bizimlə 10 dəfə belə oynasalar, 8 dəfə biz qalib gələcəyik, bir dəfə heç-heçə olacaq, bir dəfə isə məğlub olacağıq – bu dəfə olduğu kimi".