İspaniya çempionatının IV turuna start verilib.
Offsideplus.az xəbər verir ki, ilk oyun "Betis" və "Real Madrid" arasında keçirilib və meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.
Bu gün "Atletiko" (Madrid) səfərdə "Atletik"lə (Bilbao) qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.
Bazar günü "Barselona" səfərdə "Valensiya"nın qonağı olacaq. Bu oyunun start fiti isə saat 18:15-də səslənəcək.
Turun son oyunu bazar ertəsi "Elçe" və "Real Sosyedad" (saat 23:30) arasında baş tutacaq.
Turun qalan oyunları isə belədir:
5 sentyabr (şənbə)
20:30 "Rayo Valyekona" - "Rasinq"
23:00 "Vilyarreal" - "Deportivo"
6 sentyabr (bazar)
20:30 "Alaves" - "Osasuna"
20:30 "Malaqa" - "Levante"
23:00 "Espanyol" - "Sevilya"
7 sentyabr (bazar ertəsi)
21:00 "Xetafe" - "Selta"


