UFC-nin keçmiş çempionu Xamzat Çimayev növbəti döyüşünü oktyabrda keçirməyə ümid edir.
Offsideplus.az xəbər verir ki, o, tezliklə oktaqona qayıtmaq və uzun müddət gözləmək istəmədiyini bildirib.
Çimayev bu barədə belə deyib: "Hələlik heç nə dəqiq deyil. Hamını döyüşə çağırıram. Tez qayıdıb döyüşmək və çox gözləməmək istəyirəm. Bütün rəqiblər mənə uyğundur. Oktyabrda döyüşmək arzusundayam, amma hələ heç kim mənimlə qarşılaşmaq istəmir".
Qeyd edək ki, Xamzat son döyüşünü 10 mayda Şon Striklendə qarşı keçirib və orta çəki dərəcəsində çempionluq kəmərini itirib.


