UFC-də çıxış edən Şavkat Raxmonov özünü İslam Maxaçev üçün ən təhlükəli rəqib hesab edir. 

Offsideplus.az xəbər verir ki, o, bildirib ki, ayaqüstü döyüşdə Maxaçevdən üstün olduğunu düşünür.

Raxmonov bu barədə belə deyib:

"İslam üçün ən təhlükəli rəqib mənəm. Ayaqüstü döyüşdə ondan daha yaxşıyam".

Qazaxıstanlı idmançı indiyədək keçirdiyi 19 döyüşün hamısında qələbə qazanıb. Onun son qarşılaşması 2024-cü ildə İan Gerri ilə baş tutub.