Serxio Ramos "Five Eleven Capital" investisiya qrupu vasitəsilə "Sevilya" klubunun satın alınması prosesini sürətləndirməyə çalışır.
Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçu danışıqların gözləniləndən daha sürətli irəliləməsi üçün klubun əsas səhmdarları, o cümlədən keçmiş prezident Xose Kastro və Karrion ailəsi ilə görüşüb.
Bu barədə İspaniya mətbuat məlumat yayıb.
Məlumata görə, tərəflər klubun qiyməti ilə bağlı razılığa yaxındırlar, lakin yekun məbləğ "Sevilya"nın La Liqada qalıb-qalmayacağından (aşağı liqaya düşmə ehtimalından) asılı olaraq dəyişə bilər.


