PSJ-nin hücumçusu Osman Dembele ardıcıl ikinci dəfə Liqa 1-də ilin futbolçusu seçilib.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı oyunçu bu mükafatı ard-arda qazanan cəmi beşinci futbolçu oldu. Sonuncu dəfə bu uğura 2014-cü ildə Zlatan İbrahimoviç imza atmışdı.

Dembele keçən il bu mükafatı, "Real Madrid"ə yollanmazdan əvvəl ardıcıl beş dəfə ilin futbolçusu seçilən Kilian Mbappedən təhvil almışdı.

"Bu, fərdi mükafatdır, lakin qazandığım bütün fərdi titullara görə komandaya borcluyam" – deyə Dembele bildirib.

Hücumçu zədələrlə dolu bir mövsüm keçirməsinə baxmayaraq, bu titulu özündə saxlamağı bacarıb.