"Mançester Yunayted" klubunun gələn mövsüm üçün Çempionlar Liqasında iştirakını rəsmiləşdirməsi komandanın yarımmüdafiəçisi Meyson Maunt üçün maliyyə sürprizi ilə nəticələnib.
Offsideplus.az xəbər verir ki, müqavilədəki xüsusi bəndə əsasən, ingilis futbolçunun məvacibi ciddi şəkildə artacaq.
Klubun qitənin bir nömrəli turnirinə qayıdışı ilə Mauntun həftəlik maaşı 250.000 funt-sterlinqə yüksələcək.
2023-cü ildə "Çelsi"dən transfer olunan futbolçunun müqaviləsində komandanın Çempionlar Liqasındakı uğurlarına bağlı olan bonus və artım bəndi mövcud idi.
Zədələr səbəbindən bu mövsüm gözlənilən performansı tam göstərə bilməyən Mauntun maaş artımı azarkeşlər arasında geniş müzakirələrə səbəb olub.
Bununla belə, klub rəhbərliyi gələn mövsüm ulduz futbolçunun həm Premyer Liqada, həm də Çempionlar Liqasında komandanın əsas fiqurlarından biri olacağına ümid edir.


