​"Liverpul" klubu yay transfer pəncərəsi öncəsi heyətini gücləndirmək üçün konkret addımlar atmağa başlayıb.

Offsideplus.az xəbər verir ki ş, "Qırmızılar"ın hədəfində "Sportinq"in ulduz cinah oyunçusu Fransisko Trinkao var.

​İngiltərə təmsilçisi 26 yaşlı portuqaliyalı futbolçunu heyətinə qatmaq üçün artıq ilkin danışıqlara başlayıb.

​"Sportinq" rəhbərliyi ulduz futbolçu üçün güzəştə getmək niyyətində deyil. Portuqaliya klubu Trinkaonun müqaviləsindəki 60 milyon avroluq sərbəstqalma məbləğinin tam ödənilməsini tələb edir.

Trinkao bu mövsüm Portuqaliya çempionatında göstərdiyi 17 qol+ötürməlik məhsuldarlıqla Avropanın nəhəng klublarının diqqətini çəkib.

​"Liverpul" bu transferdə tək deyil. Premyer Liqanın digər nəhəngləri — "Çelsi" və "Arsenal" da futbolçunun vəziyyətini yaxından izləyir.

​Məşqçilər heyəti Trinkaonu həm cinahlarda, həm də mərkəzdə oynaya bilən universal hücumçu olduğu üçün gələcək layihənin önəmli parçası kimi görür.