"Çelsi" rəhbərliyi digər namizədlərlə bağlı addım atmazdan əvvəl, Xabi Alonsonun komandanın növbəti baş məşqçisi olmağa nə dərəcədə maraqlı olduğunu tam dəqiqləşdirməyə çalışır.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu vəzifə üçün əsas favoritə çevrilib.
Məlumata görə, Alonso bu fürsətə müsbət yanaşır, lakin onun əsas prioritetlərindən biri "Stamford Bric"də nə dərəcədə nüfuz və nəzarət imkanına sahib olacağına aydınlıq gətirməkdir.
Proses hələ ilkin mərhələdə olsa da, Alonso Sesk Fabreqasla birlikdə "zadəganlar"ın aparıcı namizədlərindən biri hesab olunur.
"Çelsi" rəhbərliyi klubun aydın kimliyini formalaşdırmağın və azarkeşlərin klubun uzunmüddətli hədəflərinə olan inamını bərpa etməyin vacibliyini dərk edir.


