"Real Madrid" rəhbərliyi son vaxtlar davranışları ilə gündəmə gələn və tənqid olunan Kilian Mbappe ilə bağlı qəti mövqeyini nümayiş etdirib.

Offsideplus.az xəbər verir ki, "Kral klubu" ulduz hücumçunu satmaq niyyətində olmadığını və ona tam dəstək verdiyini bəyan edib.

​Klubun prezidenti Florentino Perezin yaxın vaxtlarda Mbappe ilə şəxsi görüş keçirəcəyi gözlənilir. Bu görüşün məqsədi fransız futbolçunun son davranışları ilə bağlı narahatlıqları daxili qaydada həll etməkdir.

​"Real Madrid" rəhbərliyi nə futbolçunun özü, nə də onun ailəsi (nümayəndələri) ilə hər hansı ciddi münaqişənin yaranmasını istəyir. Klub rəhbərliyi üçün əsas hədəf Mbappenin komandaya adaptasiyasını sürətləndirmək və onun potensialından maksimum yararlanmaqdır.

​Son zamanlar meydandakı performansı və meydankənar fəaliyyətləri ilə müzakirə obyektinə çevrilən Mbappenin, rəhbərliyin bu etimadından sonra yenidən öz formasına qayıdacağı gözlənilir.

​Qeyd edək ki, "Real Madrid" Mbappeni klubun gələcək layihəsinin əsas fiquru kimi görür və onu satmaq ehtimalını belə nəzərdən keçirmir.