Joze Mourinyonun "Tottenhem" karyerası da başa çatdı.
Offsideplus.az "The Daily Telegraph"a istinadla xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı çalışdırıcı ilə yollarını ayırmağı qərara alıb. Mourinyonun müqaviləsində əlavə təzminat məbləğinin olmadığı, sadəcə, anlaşmasının sonuna qədər maaşını alacağı qeyd olunur. Qovulma səbəbi kimi rəhbərliyin Avropa Super Liqası ideyasına qarşı çıxması göstərilir.
Qeyd edək ki, 58 yaşlı mütəxəssis "Tottenhem"ə 2019-un noyabrından başçılıq edirdi. Londonlular 32 oyundan 50 xal toplamaqla 7-ci pillədə qərarlaşıb.