"Nyukasl Yunayted"in "Brayton"a 3:0 hesablı məğlubiyyəti azarkeşlərin səbr kasasını daşdırıb.

Offsideplus.az xəbər verir ki, sözügedən oyundan sonra "Nyukasl" tərəfdarları klubun stadionu qarşısında plakat açıb və baş məşqçi Stiv Brusun istefasını tələb ediblər. Bəzilərində "qorxaq" yazılarkən, digər bannerdə "Sən bizdən biri deyilsən - tərk et" sözləri qeyd olunub. 

"Nyukasl" turnir cədvəlində 20 komanda arasında 17-cidir. 60 yaşlı mütəxəssis 2019-cu ilin iyulunda komandanın sükanı arxasına keçib.

 

Screenshot 2021 03 21 153603