İngiltərə Premyer Liqasının 2019/20 mövsümünün mükafatlandırma mərasiminin vaxtı müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, kubok “Liverpul”a iyulun 22-də təqdim ediləcək.
“Qırmızılar” 30 ildir həsrətində olduqları mükafata Premyer Liqanın 37-ci turu çərçivəsində “Çelsi” ilə evdə keçiriləcək qarşılaşmanın ardından “Enfild Roud” stadionunda qovuşacaqlar.
Azarkeşsiz keçiriləcək tədbirdə oyunçular, məşqçilər heyəti və klubun əfsanəsi, 30 il əvvəl - 1989-1990 mövsümündə kluba son kuboku qazandıran Kenni Dalqliş iştirak edəcək.
Qeyd edək ki, mərasim üçün xüsusi podiumun hazırlanacağı "Enfild" stadionunun tribunalarında azarkeşlərin hazırlayacağı pankart və afişalar yer alacaq.


